Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu gün gənclər ölkəmizin həyatında mühüm rol oynayır

Baxılıb: 216     Tarix: 04-02-2022 12:30   

Müasir dünyamızda cəmiyyətin aparıcı qüvvəsi kimi səciyyələndirilən gənclik özündə həm də inkişaf və inteqrasiyanı birləşdirir və məhz bu keyfiyyətlər onlarla birlikdə addımlayır. Bu baxımdan gənclik və onun gələcək təlim-tərbiyə modelinin sağlam təməllər üzərində qurulması hər bir cəmiyyəti düşündürən əsas məsələlərdən biridir.
Azərbaycan gənclərinin bir şəxsiyyət, əsl azərbaycanlı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Bu xidmətlərdən bir neçəsini sadalamaq yerinə düşər. Hələ 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov, Minsk kimi şəhərlərinin aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. On ildən sonra isə bu say 3500 nəfərə çatdı. Həmin gənclər daha sonra ali təhsilli mütəxəssis kimi ölkəmizdə müxtəlif sahələrdə bacarıqlı kadr kimi fəaliyyətə başladılar.
Gəncləri vətənpərvər, sağlam düşüncəli, savadlı görmək istəyən ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 1-də 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Əminliklə deyə bilərik ki, ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə bu gün gənclər siyasəti əsası qoyulmuş təməllərə söykənərək, eləcə də müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə aparılır.
Prezident İlham Əliyevin fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda səsləndirdiyi fikirlər gənclərimizin gələcək fəaliyyəti üçün yol göstəricisidir.
2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il "Gənclər ili" elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Bununla da Prezident İlham Əliyevin gərgin əməyi sayəsində gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Müharibə zamanı Azərbaycan gəncləri hərbi komissarlıqlara gedərək könüllü şəkildə vətənimizin müdafiəsinə qalxdılar. Cənab Prezident Gənclər Formundakı çıxışında bu mövzuya xüsusi diqqət yetirərək bildirmişdir: "Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar".

Aysel Mənsimova – gənc politoloq

Qanunvehedef.azшаблоны для dle 11.2