Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"ONUN HEÇ VAXT KİŞİLİYİ və LƏYAQƏTİ OLMAYIB" - Yuşşenko Putini və rusiyalıları təhqir etdi, Qarabağı xatırlatdı...

Baxılıb: 190     Tarix: 02-03-2022 14:03   

Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Putinə və rusiyalılara olduqca sərt ittihamlarla və təhqirlərlə dolu müraciət ünvanlayıb. 
Qanunvehedef.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidentini təhqir edən Yuşşenko hazırda ölkəsində baş verən faciədə Putin qədər onun əməllərinə səssiz qalan rus xalqının da günahının olduğunu bildirib:
“Mənim qısa müraciətim heç vaxt kişiliyi və ləyaqəti olmayan kəsə ünvanlanıb. Məlum səbəbdən onun mənim sözlərimi anlayacağına inanmıram. Ancaq onunla bərabər 140 milyon Allahdan qorxan xalq var... Açıq deyirəm, Ukrayna bunu sizə heç vaxt bağışlamayacaq! Siz lənətlənmisiniz! Siz Ukraynanı “azad edən” yox, Ukrayna üçün vəbasınız, cəlladsınız! 
Sizi heç kim çağırmayıb, sizi Ukraynanın heç bir şəhərində, kəndində, evində görmək istəyən yoxdur! Sizi yalnız Ukraynanın çiy torpağı sevinclə qəbul edə bilər və son 7 gündə uğurla bunu edir! Cəhənnəmdə yanacaqsınız!...
SSRİ-nin 70 ili ərzində insanların beyninə bir təbliğat sualı yeridilirdi: “Ruslar müharibə istəyirlərmi?”
Bu gün həmin sualın cavabı qısa və aydındır: “İstəyirlər!” 
Onlar bu müharibələri Dnestryanıda, Abxaziyada, Cənubi Osetiyada, Krımda , Donbassda, bir müddət əvvəldən isə Qarabağda aparırlar. Yeri gəlmişkən bu, Moskoviyanın Ukraynaya qarşı 25-ci müharibəsidir”.
Yuşşenko sonda rusların nə vaxtsa vicdanının oyanacağına ümid etdiyini bildirir və müraciətini Ukraynaya soxulan rus qoşununun ünvanına açıq söyüşlə bitirir.шаблоны для dle 11.2