Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Gürcüstandakı səfirliyimiz azərbaycanlılara müraciət etdi

Baxılıb: 298     Tarix: 03-03-2022 15:19   

Azərbaycanın Gürcüstandakı səfirliyi və Batumi şəhərindəki baş konsulluğu Ukraynadan təxliyə olunan və Gürcüstan ərazisindən keçməklə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımıza müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, müraciətdə deyilir:
Müraciətdə Ukraynadan təxliyə olunan, Gürcüstan ərazisindən hava və quru yolları ilə keçməklə Azərbaycana səfər edən vətəndaşlarımızın bu barədə ölkəmizin Gürcüstandakı səfirliyini və Batumi şəhərindəki baş konsulluğunu məlumatlandırması xahiş olunur.
Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, həftə ərzində hər gün Varşava-Tbilisi, həmçinin həftənin 2-ci, 3-cü və 6-cı günləri Varşava-Kutaisi, həftənin 4-cü və 6-cı günləri Qdansk-Kutaisi istiqamətlərində Polşadan Gürcüstana birbaşa aviareyslər həyata keçirilir.
Bildirilir ki, vətəndaşlarımız və onların ailə üzvlərinin səfərləri barədə səfirliyə və ya baş konsulluğa mütləq şəkildə qabaqlayıcı məlumat verəcəkləri təqdirdə, aşağıda qeyd olunan dəstəyin göstərilməsi nəzərdə tutulur:
- Səfirlik və baş Konsulluq tərəfindən vətəndaşlarımızın hava limanlarından qarşılanıb Gürcüstan-Azərbaycan sərhədindəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə aparılması;
- Səfirlik və baş Konsulluq tərəfindən vətəndaşlarımızın Gürcüstan-Türkiyə “Sarpi” sərhəd-keçid məntəqəsindən qarşılanıb “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə aparılması.
Vətəndaşlarımız aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərlər.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi (Tbilisi şəhəri):
İş nömrəsi:
+995 32 224 30 04
Vatsap nömrələri:
+995 511 14 00 01
+995 577 35 29 99
Mobil “Qaynar xətt” nömrəsi:
+995 577 00 00 38
Elektron poçt ünvanı:
[email protected]
Azərbaycan Respublikasının Gürcüstandakı baş konsulluğu (Batumi şəhəri):
Telefon nömrəsi:
+995 42 227 16 44
Vatsap nömrəsi:
+995 555 47 55 33
Elektron poçt: [email protected]шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər