Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Tacikistanlı qonaqlar Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib

Baxılıb: 234     Tarix: 04-03-2022 10:55   

Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərliyi ilə Tacikistan parlamentinin üzvləri və Düşənbə şəhərinin rəsmilərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməlinin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə qonaqları salamlayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt Bakı şəhərinin tarixi, şəhərdə həyata keçirilən layihələr barədə qonaqlara məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyevin səyləri ilə Bakı şəhəri keyfiyyətcə yeni səviyyəyə yüksəlib, şəhərdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri onu daha da gözəlləşdirib. Eldar Əzizov bildirib ki, "Bu səfər hər iki paytaxt şəhərləri arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar açacaqdır.
Azərbaycan və Tacik xalqlarının uzun əsrlərdən bəri dostluq şəraitində yaşadıqlarını söyləyən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri, Düşənbə şəhərinin sədri Rüstəm Emoməli bildirib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir. Rüstəm Emoməli Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək bu səfərin Bakı və Düşənbə şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsüsi rol oynayacağını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirmişdir.
Bakı şəhəri haqqında videorolik nümayişindən sonra Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalandı və xatirə hədiyyələri təqdim olundu.
Görüşdə Azərbaycanın Tacikistandakı Fövqəladə və Səlahiyyətli səfiri Əlimirzamin Əsgərov və Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli iştirak ediblər.
Səfər çərçivəsində Tacikistanlı qonaqlar Bakı şəhərinin görməli yerlərini gəzəcəklər.




Qanunvehedef.azшаблоны для dle 11.2