Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Bu şəkillər Azərbaycanın qurucu, Ermənistanın isə dağıdıcı ölkə olduğunu nümayiş etdrir"

Baxılıb: 222     Tarix: 11-03-2022 11:35   

İstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

Bu gün xalqımız uzun müddətdir ki, həsrətində olduğu torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın cənnət məkanına çevrilməsi və soydaşlarımızın "Böyük Qayıdış"ının təmin edilməsi istiqamətində atılan addımlar hər birimizi qürurlandırır. Vətəndaşlarımıza Ağdamı və Şuşanı-Qarabağın tacını görmək imkanları yaradılıb. Artıq 30 illik torpaq həsrətinə son qoyulub, Füzuli Beynəlxalq Hava Limanı qonaqları qarşılayıb, Şuşaya və Ağdama avtobus reysləri açılıb.
Qarabağa "Böyük Qayıdış" çərçivəsində atılan addımlarla bağlı fikirlərini Sonxeber.az-a deputat Tamam Cəfərova bildirib.
O, həsrətində olduğumuz torpaqlarımızı ziyarət etməyin ayrı bir xoşbəxtlik olduğunu etiraf edib:
"Bu gün hər bir azərbaycanlı Ali Baş Komandanın rəhbərliyilə müzəffər ordumuzun bizə yaşatdığı qələbə sevincini yaşayır. Artıq illərdir həsrətində olduğumuz Şuşamıza, eləcə də digər rayon və şəhərlərimizə gedə bilirik. Həsrətində olduğumuz torpaqlarımızı ziyarət etmək ayrı bir xoşbəxtlikdir. O torpaqları ziyarət edən vətəndaşlarımız bir daha azərbaycanlı olduqları ilə qürur duyurlar, fəxr edirlər.
Ulu Öndər vaxtilə o torpaqlara qayıdacağımızı söyləmişdi. Cənab Prezident ata vəsiyyətini yerinə yetirərək bizi Qarabağımıza qovuşdurdu. Bu gün biz bir daha Ulu Öndər Heydər Əliyevin necə uzaqgörən lider olduğunun şahidi oluruq. Əminəm ki, Qarabağa ayaq basan hər bir azərbaycanlı Ulu Öndərin bu barədə fikirlərini xatırlayır.
Bilirsiniz ki, Qarabağı tək vətəndaşlarımız deyil, həm də xarici qonaqlar və ölkəmizdə olan səfirliklərin nümayəndələri də ziyarət edirlər. Onlar erməni vəhşiliklərini öz gözləri ilə görüb, çəkdikləri şəkillərli paylaşırlar. Onlar Qarabağdakı erməni barbarlığını nəinki öz ölkələrinin vətəndaşlarına, bütün dünyaya nümayiş etdirirlər.
Məsələn, Ağdamda çəkilən şəkillər erməni vəhşiliyini, barbarlığını sübut edir və bu gün bütün dünya Ağdamı "İkinci Xirosima" kimi tanıyır. Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın iqtisadi gücünü göstərir.
Ən önəmlisi isə, xarici qonaqların çəkdiyi şəkillər Azərbaycanın qurucu, Ermənistanın isə dağıdıcı ölkə olduğunu nümayiş etdrir".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyədəstəyi ilə hazırlanmışdır.

Qanunvehedef.azшаблоны для dle 11.2