Medvedev "McDonalds"a salam göndərdi
Baxılıb: 210 Tarix: 11-03-2022 12:04
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya bazarından "xarici şirkətlərin böyük köçünü" şərh edərək, ölkədəki bütün restoranlarını müvəqqəti bağlayan "McDonalds"a salam göndərib.
Qanunvehedef.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə o, "Vkontakte" səhifəsində yazıb.
Siyasətçi Rusiyanın Qərbin sanksiyaları və xarici müəssisələrin bağlanmasının öhdəsindən gələcəyinə işarə edib:
"Axı biz kotlet və bulka istehsal edə bilərik və onlar əla keyfiyyətə malikdir. Yeri gəlmişkən, sanksiyalar altında olan iş adamları bunu edə bilərlər".
Medvedevin sözlərinə görə, xarici şirkətlər üçün Rusiyaya qayıtmaq asan olmayacaq. O xatırladıb ki, məsələn, 2014-cü ildə də Qərbin səyləri heç nədən çaxnaşma yaratdı və sanksiyalar tətbiq olundu. Lakin ötən müddət ərzində Rusiya bu məhdudiyyətlərə cavab verərək, ərzaq təhlükəsizliyini təmin etməyə və idxalın əvəzlənməsi sahəsində bir sıra məsələlərin həllinə nail olub.
Qeyd edək ki, Martın 8-də "McDonald's" restoranlar şəbəkəsi Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiyadakı 850 restoranın hamısının müvəqqəti bağlandığını elan edib. Şirkətin baş direktoru Kris Kempçinski bu müddət ərzində işçilərin maaşlarını almağa davam edəcəklərini vurğulasa da, hansı müddət və məbləğdə olduğunu açıqlamayıb.
Ən çox oxunanlar
Son xəbərlər