Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qarabağda “qatil”, Ukraynada “ümid silahı”?

Baxılıb: 332     Tarix: 15-03-2022 15:16   

Bu günlərdə Almaniyanın aparıcı KİV-i olan “Bild” nəşrində yayımlanan “Ümid silahı” başlıqlı məqalə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qanunvehedef.az-ın məlumatına görə, məqalədə Rusiya ilə müharibədə Ukrayna ordusunun müdafiə məqsədilə Türkiyə texnologiyasına – "Bayraktar" pilotsuz uçuş aparatlarına (PUA) ümid etdiyi bildirilir.

Bundan əlavə, Türkiyə istehsalı olan dronların texniki göstəricilərindən bəhs olunur, ukraynalıların ona hətta mahnı belə qoşduğu vurğulanır.  

Maraqlı məqam budur ki, cəmi iki il əvvəl Azərbaycanın Vətən müharibəsi zamanı Almaniya KİV-i Bayraktar PUA-ları barədə məqalə dərc edərkən onu "Ərdoğanın qatil dronu" deyə adlandırırdı.

Görəsən Azərbaycanın haqq savaşında, öz ərazilərini geri qaytarmaq üçün apardığı mübarizədə səssiz qalan “Bild”ə ölkəmizin Silahlı Qüvvələrinin silah arsenalında ön sıralarda olan və effektivliyi seçilən Bayraktar PUA-ları haqqında fikrini dəyişməyə nə vadar edib? Axı hər iki halda da istifadə olunan PUA-lar eyni silahdır, onların texniki göstəriciləri də eynidir.

Vətən müharibəsi zamanı "Bayraktar"lardan istifadəyə görə, "Baykar" şirkətini PUA-lar üçün optik cihazların verilməsini qadağan edən Kanada hökumətinin də səssizliyi diqqətdən yayınmır.

Sözügedən mövzu Türkiyə mediasında da diqqət mərkəzindədir. Belə ki, bu məsələyə bir neçə yazı həsr edilib və "Bayraktar"a qarşı birmənalı münasibətin olmaması qınanılıb. Qeyd edilib ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına belə ikili
sandartla yanaşmaq siyasi məna daşıyır.

шаблоны для dle 11.2