Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Baxılıb: 516     Tarix: 17-03-2022 11:29   

15 mart 2022-ci il tarixində ölkəmizin həyatında daha bir önəmli hadisə baş verdi. Bakıda Gülüstan sarayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazrouei iştirak etdilər. Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, 230 meqavat gücündə olan bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcəkdir.
Bildirilib ki, bu layihənin icraçısı olan dünyada tanınmış və böyük təcrübəyə malik olan "Masdar" şirkəti bu gün bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Belə bir şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir hal olduğu kimi, həm də bir daha Azərbaycanın xarici sərmayə üçün çox cəlbedici və açıq ölkə olduğunu göstərir.
Artıq hamıya məlumdur ki, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini layiqincə yerinə yetirir. Bu gün xarici sərmayənin böyük həcmdə Azərbaycanın qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub və bu imkan verib ki, enerji sahəsində nəzərdə tutulan vəzifələr uğurla həyata keçib.
Azərbaycanla yaxın dostluq və əməkdaşlıq əlaqələri olan Birləşmiş Ərəb Əmirliklərinın "Masdar" şirkəti ilə bağlanan bu müqavilə böyük əhəmiyyətə malikdir və ölkələrimiz arasında bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlığın başlanğıcı olmuşdur.
Bu gün bərpaolunan enerji növlərinin inkişafı Azərbaycan üçün prioritet məsələdir. Azərbaycanda mövcud olan sabitlik, iqtisadi inkişaf, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat, kommunikasiyalar, elektrik xətləri nöqteyi-nəzərdən qonşu ölkələrlə sıx təmaslar unikal bir vəziyyət yaradır ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır.
Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr qonşu ölkələrdə və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac yaradıb. Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyük olduğundan dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar.
Azərbaycanın əhalisi artdıqca tələbat da artır. Ona görə də enerji növlərinin istehsalına ciddi fikir verilməlidir. Bu istiqamətdə bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində gündəlikdə duran ən başlıca vəzifələrdən biridir. İşğaldan azad edilmiş ərazilərdə bu il generasiya gücü 27 meqavat olan 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyaları istifadəyə veriləcək. Bu ərazilərdə günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial olduğundan onların yaradılması ilə bağlı konkret planlar vardır.
Bu layihəlr eyni zamanda "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" nın həyata keçirilməsində də mühüm addımdır.

Tufan Məmmədov – iqtisadçı-ekspert

Qanunvehedef.azшаблоны для dle 11.2