Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanla Qətər arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Baxılıb: 167     Tarix: 22-03-2022 18:06   

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 7-ci “DİMDEX-2022” Beynəlxalq Dəniz Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Qətərin Doha şəhərində rəsmi səfərdədir.
Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2008-ci ildən etibarən təşkil edilən, Yaxın Şərq və Şimali Afrika regionunda ən nüfuzlu dəniz müdafiə sərgisi olan DİMDEX sərgisində ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Cənubi Koreya və s. ölkələrin aparıcı şirkətləri dəniz müdafiəsində yeni texnologiyaları, hərbi gəmiqayırma avadanlıqları, dəniz müdafiəsi sisteminin köməkçi və dəstək texnologiyalarını nümayiş etdirirlər.
Sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyevin Qətərin Baş naziri və daxili işlər naziri Xalid bin Xəlifə bin Abdul Əziz Əl Tani ilə, daha sonra isə Qətər Dövlətinin Baş nazirinin müavini və müdafiə işləri üzrə naziri Xalid bin Məhəmməd Əl Attiyah ilə görüşləri baş tutub.
Görüşlərdə Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın zərurəti vurğulanıb, hər iki ölkə arasında hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sərgidə Mədət Quliyev Türkiyə milli povilyonu ilə də tanış olub və Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir ilə görüşüb. Görüş zamanı hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Nazir eyni zamanda Türkiyə Respublikasına məxsus olan Havelsan, Roketsan və Turkish Aerospace şirkətlərinin stendlərini də ziyarət edib.
Qeyd edək ki, görüşlərdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov da iştirak edib.

Qanunvehedef.azшаблоны для dle 11.2