Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Araik Arutyunyan yenə Putinə müraciət edib yalvardı

Baxılıb: 193     Tarix: 26-03-2022 15:05   
 

 Qarabağdakı separatçı-terrorçu qrupların rəhbəri, Azərbaycan hüquq-mühafizə orqanları tətəfindən barəsində 4 maddə ilə cinayət işi qaldırılan və İnterpol xəttilə axtarış elan edilən Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
Qanunvehedef.az Musavat.com-a istinadən bildirir ki, Arutyunyan Rusiya liderindən kömək istəyib. Bildirilir ki, müraciət qondarma qurumun oyuncaq "təhlükəsizlik şirası"nın 25 martdakı iclasında qəbul edilib.
A.Arutyunyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın pozulmasına görə Azərbaycanı ittiham edib, həyasızcasına. Üçtərəfli bəyanata görə, rəhbərlik etdiyi qanunsuz silahlıları dərhal Qarabağdan çıxarmalı olan Arutyunyan 8 martdan etibarən Qarabağ ermənilərinin qazsız qalmasına görə də günahı Azərbaycanın üzərinə atmağa cəhd edib.
O, həmçinin Azərbaycan hərbçilərinin öz mövqelərini irə çəkdiyinə görə şikayətlənib və Putindən yardım istəyib.
A.Arutyunyanın yalvarış dolu müraciətində bildirilir:
"Bəyannamənin müddəalarında nəzərdə tutulmuş sülhməramlı şəxsi heyətin və texniki vasitələrin hazırkı sayı Azərbaycanın hərbi istəklərinin artan xarakterini nəzərə alaraq, Qarabağda sülhməramlı missiyanın tam həyata keçirilməsi üçün kifayət deyil. Azərbaycanın hazırkı təcavüzünün qarşısını almaq və mövqelərimizi Azərbaycan Silahlı Qüvvələrinin tərkibindən çıxarmaqla yanaşı, Rusiya sülhməramlılarının hazırkı sayına və xidməti maşınların sayına yenidən baxılmasını, habelə müvafiq olaraq həm hərbi, həm də hərbi texnikanın sayını artırmağı xahiş edirik".шаблоны для dle 11.2