Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Ermənistanda tarixi hələ də saxtalaşdırmaqla məşğul olurlar”

Baxılıb: 273     Tarix: 29-04-2022 12:34   

“Əfsuslar olsun ki, Ermənistanda tarixi hələ də, hər bir addımda saxtalaşdırmaqla məşğul olurlar. Eləcə də Azərbaycan torpaqları, Qarabağ ilə bağlı saxtakarlıqların şahidi oluruq”.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Cenevrə Universitetinin təmsilçisi Ventzeslav Sabevin sualına cavabında söyləyib.
Erməni tərəfinin saxtakarlıqlarına dair konkret misallar çəkən dövlət başçısı deyib: “Qeyd etməliyəm ki, belə bir saxta tarixi siyasət 5-6 il çəkirdi, hətta ondan sonra yeni bir parametrlərini əlavə edirdilər. Yəni, Azərbaycan şəhərlərinin adlarını belə rəsmən saxta erməni adları ilə dəyişirdirlər. Məsələn, Şuşa şəhərini “Şuşi” adlandırmağa başlamışdılar. “Şuşi” adı tarixdə heç zaman olmayıb və heç bilmirəm “Şuşi” nə deməkdir”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar