Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"İlham Əliyevin siyasətinin ən prioritet sahələrindən biri şəhid ailələrinə və qazilərə dəstəyin göstərilməsidir"

Baxılıb: 206     Tarix: 04-05-2022 12:56   

"Cənab Prezident və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə qarşı hər zaman xüsusi qayğı, diqqət olub".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.
Deputat qeyd edib ki, şəhid ailələri, müharibə veteranlarına dövlətin maddi dəstəyi ilə yanaşı, mənəvi dəstəyi də ən yüksək səviyyədədir:
"Dövlət tərəfindən şəhid və qazi ailələrin sosial vəziyyəti daim nəzarətdə saxlanılır. Ən önəmlisi isə odur ki, həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanim Əliyeva tez-tez şəhid ailələri, müharibə iştirakçıları, müharibə əlilləri ilə daim görüşür, onların sosial problemləri ilə maraqlanırlar. Biz istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı dövrdə bunun canlı şahidi olduq".
Deputat vurğulayıb ki, şəhid ailələri və qazilər üçün nəzərdə tutulan müavinətlərin məbləği müntəzəm olaraq artırılır:
"Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bu həssas kateqoriyadan olan vətəndaşlarımızın işlə təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cənab Prezident tərəfindən göstəriş verilib. Onların müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərimiz ən müasir protezlərlə təmin olunurlar. Ölkəmizdə müalicəsi mümkün olmayan qazilərimiz dövlətimiz tərəfindən digər ölkələrdə müalicə olunaraq Vətənə qayıdırlar. Bununla yanaşı, şəhid ailələrinin və qazilərimizin mənzil təminatının yaxşılaşdırılması üçün lazım olan bütün addımlar atılmaqdadır. Ümumilikdə, İlham Əliyevin tapşırığına əsasən, bu günə kimi 12 500 şəhid ailələrinin üzvləri və müharibə əlilləri mənzillərlə, yaxud fərdi evlərlə təmin olunublar. Bu proses 44 günlük Vətən müharibəsindən sonra daha da genişləndirilib. Belə ki, 2021-ci ildə 3 000 mənzil təqdim edilib, postmüharibə dövründə isə 3 500 mənzil verilib. Eyni zamanda, müharibə əlillərinə nəqliyyat vasitələrinin, bu kompleksdə daha 200 mənzilin, eləcə də 50 avtomobilin verilməsi nəzərdə tutulub və həssas təbəqədən olan bu kimi şəxslər bu günə qədər ümumilikdə 7 400 nəqliyyat vasitəsi ilə təmin ediliblər.
Ümumiyyətlə, Müzəffər Ali Baş Komadan, Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən prioritet sahələrindən biri şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyinin göstərilməsidir.
Ramazan bayramı günlərində Prezident İlham Əliyev məhz şəhid ailə üzvlərinə, müharibə əlillərinə veriləcək yeni mənzil kompleksində iştirak edib, müxtəlif ordenlərlə, "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunmuş şəhid Mahir Məmmədova yeni verilmiş mənzildə olub və onun ailə üzvləri ilə görüşüb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailəsini ziyarət edərək bir daha göstərdilər ki, dövlətmiz hər zaman bu həssas təbəqədən olan insanların yanındadır və bundan sonra da onlara hər bir dəstək göstəriləcək.
Düşünürəm ki, bu həssas kateqoriyadan olan vətəndaşlarımıza göstərilən diqqət və qayğı günbəgün artırılacaq. Çünki biz bugünkü möhtəşəm qələbə sevincini şəhidlərimizə və ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirən qazilərimizə borcluyuq. Məhz onların sayəsində biz 30 ildir ki, həsrətində olduğumuz Şuşamızı, Kəlbəcərimizi və digər torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa etdik".

Qanunvehedef.azшаблоны для dle 11.2