Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Prezident SƏRƏNCAM İMZALADI

Baxılıb: 357     Tarix: 05-05-2022 15:43   

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılıb.
Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı mühüm təbiət abidəsi kimi, ekoloji təmizliyin qorunması, təbiətin mühafizəsi və əhalinin bütün təbəqələri üçün elmi araşdırma, tədris və maarifləndirmə baxımından əhəmiyyətli rola malikdir. Burada dünyanın müxtəlif iqlim zonalarından toplanan canlı bitki kolleksiyaları yalnız bitkilərin mühafizəsi məqsədilə deyil, həm də ölkədə bu sahədə elmi tədqiqatların davamlı inkişafına xidmət edir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar