Ermənilər bizim təbii sərvətləri qanunsuz istismar etdiklərinə görə təzminat ödəyəcəklər
Baxılıb: 205 Tarix: 05-05-2022 16:15
May ayının 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vahid Hacıyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin edilib. Vəzifəyə təyinatla əlaqədar ölkə başçısı Vahid Hacıyevi videoformatda qəbul edərkən bölgənin gələcək inkişaf perspektivləri ilə başlı geniş çıxış edib, müvafiq tapşırıqlar verib.
Prezident İlham Əliyev öz çıxişında qeyd edib ki, "Vejnəli qızıl yatağının xarici vətəndaşlar tərəfindən, o cümlədən erməni əsilli xarici vətəndaşlar tərəfindən qanunsuz istismar edilməsi onlara baha başa gələcək. Biz o adamların adlarını bilirik. Biz onları dünya qarşısında ifşa edəcəyik və bizə təzminat ödəyəcəklər. Vurulmuş ziyanın təzminatını mütləq ödəyəcəklər".
İşğal illərində Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan ediblər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalmışdı ki, o binalardan da Ermənistan hərbçiləri istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir.
Ermənistan Zəngilanda Vejnəli qızıl yatağını və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar ediblər. Həmin əraziləri ekoloji fəlakət zonasına çevirərək olaraq orada çıxarılan qızılı qanunsuz xaricə aparılıb satıblar.
Azərbaycan dövləri hazırda bütün hüquqi prosedurlara start verib. Heç bir cinayət cavabsız qalmayacdır. İlk növbədə dəymiş bütün ziyanın hesablanması və bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bizim tərəfimizdən beynəlxalq məhkəmələrə müraciət edilməsi ilə bağlı hazırlıq işləri gedir.
Bu gün qarşımızda duran əsas məqsəd işğaldan azad edilən torpaqların, o cümlədən Zəngilan rayonunun bərpası, burada insanların yaşaması üçün müvafiq şəraitin, yeni infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmasının təmin edilməsidir.
Zəngilan keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə qayıdacağı birinci rayondur. İlk pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaqdır. Ağalı kəndinin timsalında digər kənd və qəsəbələr də bərpa ediləcəkdir. Burada əsas amillər - təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafdır. Dövlətimiz bu ərazilərdəki bərpa işlərinə lazımi maliyyə vəsaiti, bütün gücləri səfərbər edib. Ötən il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat, toplamda 4,4 milyard manat vəsait nəzərdə tutulub. Bildirilib ki, təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır.
Bütün görülən işlər, həyata keçirilən layihələr ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə görülür. Ümid edirik ki, bütün bu səylər öz bəhrəsini verəcək və yaxın vaxtlarda məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı baş verəcəkdir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər