“Rusiyanın özü ədalətsizliyə yol verir...”
Baxılıb: 190 Tarix: 06-05-2022 14:20
“9 May günü yaxınlaşır. Putin dəfələrlə xarici informasiya vasitələrinə müsahibələrində şikayətlənib ki, ABŞ və Böyük Britaniya 2-ci Dünya müharibəsindəki qələbəni öz adlarına çıxır, lisey və kolleclərdə, universitetlərin dərs vəsaitlərində tarix təhrif edilir”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri öz sosial şəbəkə hesabında jurnalist Azər Qismət yazıb.
O qeyd edib ki, V. Putin bununla da ədaləti bərpa etməyə çalışır: “Amma Rusiyanın özü ədalətsizliyə yol verir. 2-ci Dünya müharibəsində SSRİ-nin əldə etdiyi qələbədə müttəfiq respublikaların heç bir rolunun olmamasına dair son vaxtlar bir kəlmə də danışılmır. Nə azərbaycanlının, gürcünün, özbəyin və s. xalqların adı çəkilir. Sanki müharibədəki qələbə elə indiki Rusiyanın adı ilə bağlıdır”.
Jurnalist xatırladıb ki, Bakı neftinin hesabına qazanılan nailiyyətin üstündən belə xətt çəkilirsə, ədalətdən danışmağa dəyməz: “O illərdə Bakıya “Qəhrəman şəhər” adının verilməməsi də vicdanlı addım sayılmadı. 9 May bizim üçün faşizm üzərində qələbədir. Biz o faşizmi ermənilərin timsalında gördük. Heç Azərbaycanın adını 2-ci Dünya müharibəsindəki qələbədə vurğulamayın, lap arxivlərdən də, videotekalardan da silin. Eynimizə deyil. Tarixə hörmət xatirinə Həzi Aslanovun, Əhmədiyyə Cəbrayılovun və digər həlak olmuş, vəfat etmiş veteranların məzar və abidələrinin qarşısında təzim edib, əklil də qoyacağıq. Tariximizə hörmət xatirinə. İndi bizim öz Zəfər qələbəmiz var. Yeni tarix yazmışıq. Bu qələbə daha şirindir”.
Ən çox oxunanlar
Son xəbərlər