Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İlham Əliyev sərhəd mühafizəsi ilə bağlı qanunda dəyişiklik etdi

Baxılıb: 236     Tarix: 10-05-2022 12:37   

"Sərhəd mühafizə orqanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən sərhəd mühafizə orqanları sırasına xüsusi hava əməliyyatları qüvvələri də əlavə edilib.
Qeyd edək ki, bu dəyişikliyə qədər Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edirdi.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar