Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Rövşən Əsgərov Rusiyada axtarışa verildi

Baxılıb: 347     Tarix: 11-05-2022 11:25   

Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov Rusiyada axtarışa verilib.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yer alıb.
“Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi üzrə axtarışa verilib”, - deyə məlumatda qeyd olunub.
Bununla belə, burada söhbətin hansı maddədən getdiyi açıqlanmayıb.
Xatırladaq ki, aprelin sonu Rusiyada Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb. O, sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.
RF İstintaq Komitəsi müəyyən edib ki, 49 yaşlı Əsgərov feysbukda rusiyalı sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.
R. Əsgərov isə barəsində açılan cinayət işi ilə bağlı açıqlamasında nasizmi reabilitasiya etmək ittihamlarını rədd edib. O bildirib ki, cinayət işinin açılmasına səbəb olan paylaşımındakı bütün sözlərində böhtan, yalan, nasizmin reabilitasiyası yoxdur. “Heç olmasa, vikipediyada hər şeyi yoxlamaq olar. Onların xəstə fantaziyası var”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar