Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Mikayıl Cabbarov Qurbanqulu Berdımuhammedovla görüşüb

Baxılıb: 446     Tarix: 11-05-2022 12:41   

Türkmənistanda səfərdə olan Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin Xalq Məsləhətxanasının sədri Qurbanqulu Berdımuhammedovla görüşüb.
“Report” xarici mətbuata istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin gücləndirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin yaradılması müzakirə edilib.
Tərəflər son illər Azərbaycan-Türkmənistan tərəfdaşlığının müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına güclü təkan olduğunu, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin intensivləşdirilməsi, eləcə də qarşılıqlı məsləhətləşmələr vasitəsilə təcrübə mübadiləsinin aparılması üçün böyük potensialın olduğunu qeyd ediblər.
Azərbaycan və Türkmənistan rəsmiləri min olduqlarını bildiriblər ki, hüquqi sahədə əməkdaşlıq ticari-iqtisadi və digər sahələrində əlaqələrin möhkəmləndirilməsi üçün mühüm alət rolunu oynayacaq, iki xalqın dostluğunu və mehriban qonşuluğunu möhkəmləndirəcək

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}