Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Azərbaycanın Qarabağdakı mübarizəsini dəstəkləyəndə, bizi ittiham edirdilər” - AKP sözçüsü

Baxılıb: 570     Tarix: 11-05-2022 14:54   

“Türkiyə Azərbaycanın Qarabağdakı mübarizəsini, Qarabağın azad olunmasını dəstəkləyəndə bəziləri Türkiyəni ittiham edirdilər”.
Qanunvehedef.az “Report”  istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanın yox, Ermənistanın yanında olanlar, onların tezislərini dəstəkləyənlər imperialistlərin maşasıdır. 1940-cı illərdə Türkiyəyə sığınan azərbaycanlı ziyalılar SSRİ-yə göndərildi. Problem budur: müxalifət nümayəndələrinin bu insan qatillərinə təslim etməmək üçün plan-prqramlar var idimi? Hakim partiyanı “imperialistlərin maşası” adlandıranlara bu ifadəni olduğu kimi geri qaytarırıq”, - o söyləyib.
Qeyd edək ki, Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Qılıçdaroğlu hakim Ədalət və İnkişaf Partiyasını “imperialistlərin maşası” adlandırmışdı. CXP deputatlarının sayına görə Türkiyə Böyük Millət Məclisində ikinci yerdədir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar