Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Etibar Mirzəyev Türkiyədə səfərdədir - Foto

Baxılıb: 501     Tarix: 13-05-2022 11:51   

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin dəvəti ilə qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev cari ilin 12 mayında İstanbul şəhərində Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki ilə görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə iki ölkənin nazir müavinləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, Beynəlxalq əlaqələr idarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Cavid Zeynalzadə, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Baş idarəsinin müdiri Bəkir Karacabəy, İstanbul Regional Meşə müdiri Yusuf Şahin də iştirak ediblər.
İkitərəfli əməkdaşlığımızın dostluq və qardaşlıq əsasında davam etdiyini qeyd edən nazir müavini Etibar Mirzəyev, meşələrin yanğından mühafizəsi və meşə yanğınları ilə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması, həmçinin iki ölkənin müvafiq qurumları arasında meşə yanğınları ilə mübarizə sahəsində gələcəkdə birgə təlimlərin keçirilməsi məsələsinin müzakirə edilməsi üçün Türkiyə Respublikasında olduğundan məmnunluğunu ifadə edib.
Veysəl Tiryaki 2021-ci ilin iyul-avqust aylarında Türkiyədə baş vermiş genişmiqyaslı meşə yanğınları ilə mübarizə sahəsində göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və qardaş ölkə Azərbaycana minnətdarlığını bildirib. Eyni zamanda, nazir müavini ölkələrimizin aidiyyəti qurumları arasında meşə yanğınları ilə mübarizə sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün göstərilən səylərə görə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova təşəkkürünü bildirib.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İstanbul Regional Meşə Müdirliyinin Yanğın Koordinasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, Mərkəzin yanğınla mübarizə sahəsində nailiyyətləri, yeni sistemlərin tədbiqi və gələcəkdə bu sahədə görüləcək işlər barədə geniş məlumat verilib.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar