Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzaladı

Baxılıb: 235     Tarix: 20-05-2022 14:49   

Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Qanunvehedef.az xəbər verir ki, sərəncama görə Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılacaq.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar