Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Erməni silahlı dəstələrinin Qarabağdan çıxarılmaması bizi narahat edir”

Baxılıb: 346     Tarix: 20-05-2022 16:27   

Mayın 20-də MDB Hökumət Başçıları Şurasının videokonfrans rejimində iclası olub.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib ki, Baş nazir Əli Əsədov iclasda iştirak edib.
İclasda gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparılıb.
Əli Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib. Baş nazir münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib. Baş nazir deyib: “Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”.
Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib: “Bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir”.
Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır. Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.
Bununla bərabər, Əli Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.
Bildirilib ki, 2020-ci il 9-10 noyabr tarixli Üçtərəfli Bəyanatın erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən kənara çıxarılmasını nəzərdə tutan 4-cü bəndinin hələ yerinə yetirilməmiş qalması Azərbaycan tərəfini narahat edir.
Həminin qeyd edilib ki, üçtərəfli işçi qrup çərçivəsində davam edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında irəliləyiş müşahidə olunmur.
Əli Əsədov daha sonra əlavə edib ki, rəsmi Bakı hər iki məsələ üzrə ən yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir və bu istiqamətdə zəruri tədbirlərin görülməsini vacib hesab edir.
Vurğulanıb ki, nəqliyyat kommunikasiyalarının, çoxşaxəli nəqliyyat arteriyaları şəbəkəsinin, o cümlədən Zəngəzur dəhlizinin açılması regiondakı bütün xalqların mənafelərinə cavab verir.
Qanunvehedef.azшаблоны для dle 11.2