Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Türkiyə Azərbaycana müdafiə sənayesi müşaviri təyin edəcək

Baxılıb: 470     Tarix: 02-06-2022 13:38   

Türkiyənin Azərbaycandakı səfirliyində müdafiə sənayesi müşaviri vəzifəsi yaradılır.
APA xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq qərar imzalayıb.
Qərara əsasən, müdafiə sənayesi müşaviri xidmət apardığı ölkədə müdafiə sənayesinə dair prosesləri və buna bənzər mövzuları dəyərləndirib, hesabatlar hazırlayacaq və Türkiyə Müdafiə Sənayesi İdarəsini məlumatlandıracaq.
Ümumilikdə Türkiyənin 9 ölkədəki səfirliyində Müdafiə Sənayesi Müşavirliyi heyəti yaradılacaq və təyinatlar olacaq.
Müdafiə sənayesi müşavirləri Bakı/Azərbaycan, Doha/Qətər, İslamabad/Pakistan, Braziliya, Cakarta/İndoneziya, Kuala Lumpur/Malayziya, Məsqət/Oman, Dəkkə/Banqladeş, London/Böyük Britaniya səfirliklərinin nəzdində fəaliyyət göstərəcək.
Azərbaycandakı müdafiə sənayesi müşavirinin xidmət sahəsinə həm də Qazaxıstan, Türkmənistan və Özbəkistan daxil edilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar