Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ceyhun Bayramov BMT Baş Assambleyasının prezidenti ilə görüşdü

Baxılıb: 565     Tarix: 13-06-2022 15:40   

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahidlə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Qanunvehedef.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər BA sədrliyinin prioritet məsələləri, o cümlədən gənclərlə iş, iqlim dəyişikliyi, gender bərabərliyi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
BMT BA sədri Abdulla Şahid Azərbaycanın bölgədə dayanıqlı sülh quruculuğu səylərinin və quruculuq işlərinin təqdirəlayiq olduğunu söyləyib.
Görüşdə tərəflər, həmçinin BMT gündəliyində qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar