Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib

Baxılıb: 597     Tarix: 27-07-2022 15:46   

Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Qanunvehedef.az nazirliyin saytına istinadən xəbər verir ki, müraciətdə bildirilir:
"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli vəziyyətdə qalması (əllərinin ətçəkən maşında ilişib qalması, əzalarının barmaqlıqlar arasında qalması və s.) ilə bağlı məlumatlar daxil olur. Bütün hallarda Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən operativ əməliyyatlar sayəsində təhlükəli vəziyyətdə qalan azyaşlılar xilas olunur.
Bu kimi hadisələrlə bağlı aparılan təhlillər göstərir ki, uşaqların nəzarətsiz qalması onların həyat və sağlamlığı üçün birbaşa təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar