Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“İsraildə səfirliyimizin açılmasına vəsait ayrılmalıdır”

Baxılıb: 557     Tarix: 03-11-2022 14:05   

“Büdcənin böyük bir qismi müdafiə və təhlükəsizlik məsələlərinə yönəldilib ki, bu da təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, münaqişə bitməyib”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Asim Mollazadə bildirib.  
“Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün ciddi hazırlıqlar görməlidir, yeni silahlarla təmin olunmalıdır. Bununla yanaşı, ölkənin daxilində hansısa qrupların təxribatlarının qarşısını almaq üçün müvafiq hüquq-mühafizə orqanları təminatlı olmalıdır. Büdcədən bu istiqamətdə ayrılan vəsaiti düzgün hesab edirəm. İstisna etmirəm ki, biz bunu daha da artıracağıq”, - deyə deputat qeyd edib.
O vurğulayıb ki, Azərbaycan müttəfiqimiz olan İsraildə tezliklə səfirlik açmalıdır. Bununla bağlı büdcədən vəsait ayrılmalıdır. 
Qeyd edək ki, gələn ilin dövlət büdcəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar