Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıda ICAPP-in xüsusi konfransı keçirilir

Baxılıb: 765     Tarix: 22-11-2022 10:45   

Noyabrın 22-də Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransı keçirilir.
Qanunvehedef.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbirdə açılış nitqi ilə çıxış edib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra ICAPP-ın Daimi Komitəsinin həmsədri, keçmiş xarici işlər naziri, Milli Assambleyanın keçmiş ofisinin direktoru Chunq Eui-yong çıxış edib.
Daha sonra konfrans iştirakçıları birgə foto çəkdirib.
Qeyd edək ki, tədbir çərçivəsində “Sülh quruculuğu prosesində siyasi partiyaların iştirakı” və “Siyasi partiyalar arasında əməkdaşlıq vasitəsilə regional və qlobal təhlükəsizliyin təşviqi” mövzularında sessiyalar təşkil olunacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar