Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bəzi deputatlara yeni vəzifə veriləcək - SİYAHI

Baxılıb: 576     Tarix: 02-12-2022 12:05   

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarına rəhbər seçiləcək deputatların adları məlum olub.
Qanunvehedef.az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə" qərar layihəsində qeyd olunub.
Layihəyə əsasən, 12 parlamentlərarası işçi qrupu yaradılacaq.
Belə ki, deputat Aydın Hüseynovun namizədliyi Azərbaycan-Banqladeş, Elşən Musayevin namizədliyi Azərbaycan-Burundi, Emin Hacıyevin namizədliyi Azərbaycan-Nigeriya, Pərvin Kərimzadənin namizədliyi Azərbaycan-Panama, Cavid Osmanovun namizədliyi Azərbaycan-Sudan və Elman Nəsirovun namizədliyi Azərbaycan-Zimbabve, Rəşad Mahmudovun namizədliyi Azərbaycan-Efiopiya, Afət Həsənovanın namizədliyi Azərbaycan-Honduras, Sabir Rüstəmxanlının namizədliyi Azərbaycan-Kamerun, Kəmaləddin Qafarovun namizədliyi Azərbaycan-Qvatemela, Rafael Hüseynovun namizədliyi Azərbaycan-Livan, Ramil Həsənin namizədliyi Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbər seçilməsi ilə bağlı qeyd olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar