Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Onlar özləri Vardanyanı Xankəndidən qovmalıdır”

Baxılıb: 612     Tarix: 20-12-2022 12:15   

“Xankəndidəki vətəndaşlarımız hesab etdiyimiz ermənilər özlərini Azərbaycan vətəndaşı kimi aparmalı, özləri Ruben Vardanyanı Xankəndidən qovmalıdır”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Kamal Cəfərov bildirib.
Deputat qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi Xankəndi yolundakı ekoloji aktivistlər, vətəndaş cəmiyyəti nümayəndələrinin ürəyi ilə döyünür: “Hər birimiz axşam yatanda, sübh tezdən qalxanda birinci növbədə Laçın – Xankəndi yolundakı vəziyyətlə maraqlanır, gözləyirik ki, bizim haqlı tələblərimiz yerinə yetirilib ya yox. Burada müzakirə etmək üçün çox məsələ var. Ancaq ən mühüm olan nəticə ondan ibarətdir ki,  bu aksiya Azərbaycan xalqının hər bir fərdi tərəfindən dəstəklənir. Bu birlik bütün dünya dövlətləri tərəfindən diqqətlə müşahidə edilir. Düşünürəm ki, bu aksiya Azərbaycanın qızıl tarixinə yazılacaq”.
Kamal Cəfərov vurğulayıb ki, aksiyanın sonlanması üçün Azərbaycan tərəfinin tələbləri aydındır, haqlıdır: “Bu barədə hər birimizin məlumatı var. Xankəndidəki vətəndaşlarımız onlardan siyasi və korrupsion maraqlar üçün istifadə edilməyə imkan verməməlidir. Onsuz da biz özümüz buna nail olacağıq. Rus sülhməramlıları qanunsuz erməni dəstələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Digər öhdəlikləri kimi bunu da icra etməlidir”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar