Xəbər lenti
03/05/2024 [15:07]
Kremli Makrona cavab verdi
03/05/2024 [13:38]
Dilan özünə qəsd edib
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Fransız senator: "Leyla Abdullayeva uğurlu səfir olacaq" - FOTO

Baxılıb: 436     Tarix: 16-01-2023 12:43   

Ötən həftə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib. Fransa prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva isə Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib.
Xanım səfirin iki ölkə arasında əlaqələrə necə töhfə verəcəyi maraq doğurur.
Azərbaycanlı siyasətçilər Leyla Abdullayevanın təyinatını uğurlu hesab edirlər, bəs Fransa tərəfinin mövqeyi necədir?
Fransa Senatının üzvü Natali Qule L.Abdullayevanın fəaliyyətindən gözləntilərini Modern.az-a açıqlayıb.


Senator bu təyinatın sevindirici hal olduğunu bildirib.
"Leyla Abdullayeva çox istedadlıdır və bir qadın kimi zəhmətkeşdir. Onun böyük uğurlar qazanacağına əminəm. Əminəm ki, Leyla xanım Fransa ilə Azərbaycan arasında münasibətləri Elçin Əmirbəyovla olduğu səviyyəyə qaytaracaq. Ümid edirəm ki, Fransa və Azərbaycan arasında əlaqələr daha güclü olacaq.
Leyla xanımın fransız dili qüsursuzdur. Eyni zamanda ətrafına topladığı komanda da uğurlu və bacarıqlıdır. Nigar Hüseynova ilə birlikdə onlar böyük işlər görəcəklər", - deyə Natali Qule vurğulayıb.
Qeyd edək ki, L.Abdullayeva ötən ilin oktyabr ayında Azərbaycanın Fransada səfiri təyin olunub. O, bu təyinatadək Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.
Onu da bildirək ki, L.Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandakı səfiridir./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər