Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Paşinyan Putinə zəng etdi

Baxılıb: 626     Tarix: 13-03-2023 14:05   

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin razılaşmalarının həyata keçirilməsini, o cümlədən Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə addımları müzakirə ediblər.
Putin Paşinyanla, həmçinin Qarabağla bağlı bütün məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda həll edilməsinin zəruriliyini müzakirə edib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar