Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycan nümayəndə heyəti Strasburqa yola düşür

Baxılıb: 630     Tarix: 17-03-2023 12:06   

“Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar İbrahimovun rəhbərliyi ilə iştirak edəcək”.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Sədrin sözlərinə görə, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Matye Morinin rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun 44-cü sessiyasında iştirak üçün dəvət olunub.
Sessiya 21-23 mart 2023-cü il tarixlərində Strasburq şəhərində keçiriləcək. Əlavə olaraq, Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin üzvlərinin 20 mart 2023-cü il tarixdə üzv olduqları siyasi partiya qruplarının (EPP/CCE, SOC/G/PD və ECR) iclaslarında iştirakı nəzərdə tutulub.
Konqresin 44-cü sessiyasında Mariya Peyçinnoviç Buriç və Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koksun çıxışları nəzərdə tutulur. Sessiya zamanı bir sıra Avropa Şurası ölkələrində Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin və seçki nəticələrinin monitorinqinin müzakirəsi də planlaşdırılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar