Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya Ermənistana xəbərdarlıq etdi

Baxılıb: 385     Tarix: 28-03-2023 13:02   

“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaqla bağlı planları tamamilə qəbuledilməzdir”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Bildirilib ki, rəsmi Moskva sözügedən məhkəmə tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Roma əsasnaməsinə qoşulmaq istəyini tamamilə qəbuledilməz hesab edir.
Rusiya XİN-dəki mənbənin sözlərinə görə, Moskva belə bir qərarın mənfi təsirləri ilə bağlı İrəvana xəbərdarlıq edib.
Qeyd edək ki, martın 24-ü Ermənistanın Konstitusiya Məhkəməsi Roma Əsasnaməsi ilə bağlı öhdəlikləri tanıyıb. Bu barədə qərar dərc edildiyi andan qüvvəyə minir. Bunun ardınca isə Ermənistan parlamenti Roma Əsasnaməsini ratifikasiya etməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin qanunvericiliyini tanıyan ölkələr bu orqanın normativ sənədlərinə, qərar və orderlərinə əməl etməli və yerinə yetirməlidirlər. Ermənistan Roma Əsasnaməsini isə 1999-cu ildə imzalasa da, ratifikasiya etməyib.
Xatırladaq ki, martın 17-si Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək onun həbsinə order verib.шаблоны для dle 11.2



Ən çox oxunanlar