Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İnam Kərimovun Ali Məhkəməyə hakimliyi təsdiqləndi - Yenilənib

Baxılıb: 713     Tarix: 04-04-2023 13:19   

Xəbər verdiyimiz kimi, İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qanunvehedef.az xəbər verir ki, məsələ parlamentin bu gün keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir. Martın 6-da Ali Məhkəmənin əvvəlki sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.
***
Milli Məclisin iclası başlayıb. İclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli sədrlik edir. 
***
12:56
İnam Kərimovun Ali Məhkəməyə hakimliyi təsdiqlənib.
Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar