Xəbər lenti
28/12/2024 [11:09]
Yaponiyada zəlzələ oldu
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Azərbaycanlılar Türkiyədə kimi Prezident görür?

Baxılıb: 543     Tarix: 27-04-2023 11:36   

Sosial Tədqiqatlar Mərkəzi (STM) ölkəmizdə Türkiyənin seçki ilə bağlı siyasi gündəminə olan marağı öyrənmək məqsədilə sorğu keçirib.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Mərkəzin İdarə Heyətinin sədri Zahid Oruc məlumat verib.
Z.Oruc qeyd edib ki, sorğular 14 iqtisadi rayondan 13-ü üzrə (Şərqi Zəngəzur istisna olmaqla), 10-u respublika tabeli şəhər, 54-ü inzibati rayon olmaqla ümumilikdə 64 rayon və şəhərdə keçirilib.
Sədr bildirib ki, sorğuda 18 yaşdan yuxarı 1070 respondent iştirak edib: “Ümumi nəticələrə əsasən, respondentlərin 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izlədiyi məlum olub. Onların 31.0%-i seçkilərlə bağlı gündəmi tez-tez izlədiyini, 52.8%-i bəzən izlədiyini bildirib. Respondentlərin 16.1%-i heç izləmədiyini qeyd edib”.
Z.Oruc əlavə edib ki, respondentlərin mütləq əksəriyyəti, yəni 90.4%-i keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib:
“Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Muhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib”.
“Sorğu iştirakçılarının namizədlərə olan dəstəyi ilə yanaşı, hansı namizədin qalib gələcəyi ilə bağlı ehtimalları öyrənilib. Respondentlərin 87.8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünür. Cəmi 6.3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Muhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0.8% və 0.3% təşkil edib”, - deyə sədr vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar