Xəbər lenti
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Prezident İlham Əliyev "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib

Baxılıb: 687     Tarix: 11-05-2023 12:41   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR ilə "Total Energies" arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. "Abşeron" qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub.
Nikolas Terraz "Total Energies" şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq, ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirib.
Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpa olunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar