Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

15 nəfər YAP-dan xaric edildi

Baxılıb: 684     Tarix: 17-05-2023 15:44   

15 nəfər Yeni Azərbaycan Partiyasından (YAP) xaric edilib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı qərar YAP İdarə Heyətinin videokonfrans formatında keçirilən iclasında bildirilib.
Qeyd edilib ki, buna səbəb həmin şəxslərin partiyanın nüfuzuna xələl gətirən hərəkətləri olub.
İclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.
Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb.
Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar