Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Prezident Mərkəzi Bankla bağlı Fərman imzaladı

Baxılıb: 797     Tarix: 31-07-2023 12:51   

Prezident İlham Əliyev "Mərkəzi Bank haqqında" Qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə Fərman imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, Fərmanla qurum aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir:
- Kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydaları, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələblər;
- İnvestisiya pul nişanlarının satışı qaydası;
- Pul nişanlarının reproduksiyası qaydası;
- Ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, həmçinin ödəniş alətlərinə dair tələblər;
- Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydası;
- Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydası;
- Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu;
- Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, habelə forması və məzmunu.
Bundan başqa, Mərkəzi Bank yenilənmiş qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar