“Göyçə-Zəngəzur Respublikası” bəyanat yaydı
Baxılıb: 340 Tarix: 18-08-2023 10:57
“Göyçə-Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi bəyanat yayıb.
Qanunvehedef.az həmin bəyanatı təqdim edir:
“Tarixən ermənilər və hazırkı Ermənistan Respublikası azərbaycanlıları etnik zəmində soyqırımı və deportasiya cinayətlərinə məruz qoymuşlar. Qərbi Azərbaycandan – indiki Ermənistan ərazisindən 1987-1991-ci illərdə deportasiya edilən azərbaycanlıların böyük əksəriyyəti Azərbaycan Respublikasında qaçqınçılıq həyatı yaşamış, deportasiya qurbanlarının bir qismi də qardaş ölkə Türkiyə Respublikasında və digər ölkələrdə məskunlaşmışlar.
Ətrafımızda olan bəzi deportasiya qurbanları ilə birgə Azərbaycanda məskunlaşmış soydaşlarımız kimi öz adət-ənənələrimizi qoruyub yaşatmaq, bir-birimizə kömək etmək, məhrum edildiyimiz təməl insan haqlarımızı bərpa etmək, erməni cinayətlərinə və Ermənistanın Azərbaycan ərazisində separatçılığı dəstəkləməklə nümayiş etdirdiyi ikiüzlülüyə qarşı mübarizə aparmaq məqsədilə təşkilatlanmaq barədə qərar qəbul etmiş və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyini təsis etmişdik. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən ruhlanaraq Birlik bir təşkilat qismində “Göyçə Zəngəzur Respublikası”nın yaranması təşəbbüsünü elan etmişdir. Biz bu yolla ermənilərin törətdiyi deportasiya cinayəti və soyqırıma məruz qalmış soydaşlarımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əlavə imkanlardan istifadə etməyə çalışmışıq. Ötən müddətdə elan edilmiş “Göyçə Zəngəzur Respublikası” tərəfindən qardaş Türkiyə Respublikası ərazisində də nümayəndəlik və müxtəlif təsisatların formalaşdırılması təşəbbüsü həyata keçirilmişdir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər