Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mirziyoyevlə xanımı Şəhidlər xiyabanı və Fəxri xiyabanda oldu - Fotolar

Baxılıb: 586     Tarix: 22-08-2023 13:18   

Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şəhidlər xiyabanını ziyarət ediblər.
Qanunvehedef.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Şavkat Mirziyoyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Daha sonra Prezident Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Şavkat Mirziyoyev Ulu Öndərin abidəsi önünə əklil qoyub.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.







Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar