Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Prezidenti Malayziyanın ali başçısına məktub göndərib

Baxılıb: 610     Tarix: 31-08-2023 13:06   

Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb.
President.az-ın  xəbərinə görə, məktubda deyilir:
"Əlahəzrət, Malayziyanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu il biz Azərbaycan-Malayziya əlaqələrinin tarixində əlamətdar ildönümünü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Əminəm ki, Azərbaycan ilə Malayziya arasında dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Malayziya xalqına daim rifah və firavanlıq arzulayıram".

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking