Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər

Baxılıb: 677     Tarix: 25-09-2023 11:25   

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Burak Akçapar ilə taxıl sazişi, Qarabağ və Suriya ətrafında vəziyyəti müzakirə edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyindən bildirilib.
"Həmsöhbətlər 2022-ci il iyulun 22-də Ukrayna ərzaq məhsullarının ixracı ilə bağlı Qara dəniz təşəbbüsünün dayandırılmasından sonra bağlanmış İstanbul sazişləri ilə bağlı vəziyyəti ətraflı müzakirə ediblər. Bundan əlavə, Qarabağ nizamlanması prosesində baş verən proseslərə və Suriyadakı mövcud vəziyyətə diqqət yetirilib", - məlumatda qeyd olunub.
Hər iki tərəf "qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinin və ehtiyacı olan ölkələrə lazımi dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb, həmçinin regional böhranların siyasi və diplomatik yolla həllinə alternativin olmadığını" qeyd edib.

Qanunvehedef.azшаблоны для dle 11.2