Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü 3 min manat cərimələndi

Baxılıb: 974     Tarix: 23-07-2020 09:41   

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, sürücü Rəşad Əliyev sərnişinlərin hər birindən on beş manat almaqla idarə etdiyi "Mercedes" markalı mikroavtobusla onları Bakı şəhərinə gətirəcəyinə söz verib.
Sürücü R.Əliyev barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, üç min manat məbləğində cərimə edilib. Sərnişinlərə də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar