BakıKartın balansının onlayn artırılması nə zaman mümkün olacaq? - Rəsmi açıqlama
Baxılıb: 633 Tarix: 10-09-2020 13:02
Ödəmə terminalları əsasən sərnişin tələbatı çox olan əsas cəlbetmə yerlərində qoyulur.
Qanunvehedef.az bildirir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agnetliyinin Mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, BakıKartın balansının onlayn qaydada artırılması Bakı Nəqliyyat Agentliyinin gündəmində olan ən əsas məsələlərdəndir: "Bu nağdsız ödəniş sisteminə keçidlə bağlı nəzərdə tutulan kompleks tədbirlərdəndir. Ötən il bu çərçivədə mühüm işlər görüldü. Bütün xətlər üzrə avtobusların BakıKart-a inteqrasiyası üçün texniki məsələlərin böyük bir qismi həll olundu. Keçən ilin dekabrında marşurut xətlərinin mərhələ ilə BakıKarta inteqrasiyasına başlanıldı. Lakin pandemiya səbəbindən bu işlər bir qədər gecikir. Bizim planımız bu ilin iyul aylarına qədər onlayn ödəniş sisteminin işə salınması idi. Amma qeyd etdiyim kimi pandemiyadan irəli gələn obyektiv səbəblərdən bir qədər işlər ləng gedir. Eyni zamanda bildirim ki, metronun işinin dayandırılması nəticəsində stansiyalardakı BakıKarta məxsus 148 ödəmə terminalına əlçatanlıq itirilib. Sərnişinlərin rahatlığı üçün BNA və Bakı Metropolitenin rəhbərliyi operativ qaydada məsələnin həlli üçün işlər gördü. Qısa vaxtda sərnişin axını çox olan stansiyaların giriş hissəsi ödəmə terminallarından istifadə üçün açıldı".
M.Ağayev deyib ki, bundan əlavə terminalların quraşdırılması bir qədər zaman alan məsələdir və hər dayanacaqda terminalın qoyulması iqtisadi baxımdan da səmərəsiz olduğu üçün post terminallar qoyulur: "Bu post terminallar əsasən qəsəbələrdə hamının tanıdığı hamı üçün əlçatan olan dükanlarda razılıq əsasında qoyulur. Həmin obyektlərin önündə məlumat da yerləşdirilib. Biz tövsiyə edərdik ki, vətəndaşlarımız BakıKartın balansını artırarkən bir qədər tədbirli davransınlar. Həftəlik və ya on ügnlük karta gediş haqqı vurularsa bu zaman hər dayanacaqda kart axtarmağa da ehtiyac olmaz. Bu sərnişinlərimizin öz rahatlığı və əlavə vaxt itkisi yaşamaması baxımından da vacibdir. Koroğluda həm Nəqliyyat Mübadilə Mərkəzində, həm də mərkəzin girişində ödəmə aparatları var".
Ən çox oxunanlar
Son xəbərlər