Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Moskvada azərbaycanlılar erməni iş adamlarını müflis etdi

Baxılıb: 740     Tarix: 17-09-2020 15:55   

Bu ilin iyulunda Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik bu ölkələrin diasporlarıan da sirayət etmişdi. Avropa, ABŞ və Rusiyada erməni diasporu azərbaycanlılara hücum etmiş, nəticədə xəsaərt alanlar, saxlanılanlar olmuşdu.
Gərginliyin daha bir nəticəsi Moskvada azərbaycanlı iş adamlarının sahibi olduğu ticarət mərkəzlərində və bazarlarda Ermənistandan gələn malları boykot etməsi ilə nəticələnmişdi.
Qanunvehedef.az Modern.az-a istinadən xəbər verir ki, erməni ticarətçilər hələ də Moskva bazarlarında öz mallarını sata bilmədiklərindən şikayətləniblər.
“Biz “Fud Siti”də öz mallarımızı sata bilmədiyimiz üçün biznesmenlər onminlərlə dollar ziyana düşüblər və Ermənistana qayıdıblar. Hazırda Ermənistandan gələn yük maşınları “Fud Siti” ərazisinə buraxılmır, 25-dən artıq biznesmen öz məhsullarını sata bilmir. Vəziyyət ağırdır. “Fud Siti” Moskva şəhərinin ən böyük bazarıdır. Alternativ ticarət mərkəzləri kimi “Buxta”, “Şelkovıy put” və s. olsa da, onların miqyası və ticarət dövriyyəsi “Fud Siti” ilə müqayisə oluna bilməz”, - deyə iş adamlarından biri erməni jurnalistlərə şikayətlənib.
Erməni tərəfinin fikrincə, “Fud Siti”nin azərbaycanlı sahibləri və ticarətçilər Ermənistan məhsullarını hələ də boykot edir.шаблоны для dle 11.2