Hərbiyə çağırılanların maaşı necə ödəniləcək? - ŞƏRH
Baxılıb: 805 Tarix: 01-10-2020 12:07
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq istəyənlərin və ordu sıralarına könüllü qoşulanların sayı günbəgün artır.
Eləcə də, sentyabrın 28-də ölkədə qismən səfərbərlik elan edildi. Bu ərəfədə hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılması və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsi təmin edilir. Bəs hərbi xidmətə çağırılan vətəndaşların əməkhaqqı ödənişi davam edəcəkmi və bu məbləğ nə qədər olacaq?
Qanunvehedef.az xəbər verir ki, məsələ ilə bağlı "MediaPost"a açıqlama verən hüquqşünas Şəhiyar Həbilov bildirdi ki, hazırda çalışan və rəsmi işçi olan (əmək müqaviləsi üzrə) şəxslər hərbiyə çağırılırsa, Əmək Məcəlləsinin 179-cu maddəsinin "g" bəndinə əsasən onun orta əmək haqqı və iş yeri saxlanılır: "Belə ki, hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduğu hallar işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar hesab olunur.
Hüquqşünas bildirib ki, bu zaman orta əmək haqqı müəyyən olunur: "Orta əmək haqqı da Əmək Məcəlləsinin 177-ci maddənin 2-ci bəndinə əsasən hesablanır. Bu zaman əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir".
"Həmçinin işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilərş Bu barədə Məcəllənin 74-cü maddəsinin 1-ci bəndinin "a" yarımbəndində qeyd olunur", - deyə Ş. Həbilov əlavə edib.
Ən çox oxunanlar
Son xəbərlər