Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

DÜŞMƏNİN ƏN BAHALI RADİOLOKASİYA STANSİYASI MƏHV EDİLDİ!

Baxılıb: 846     Tarix: 10-10-2020 12:39   

Müdafiə Nazirliyindən verilən məlumata əsasən düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radilokasiya stansiyası məhv edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Qeyd edək ki, Ordumuzun məhv eddiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.
Radar, həmçinin, hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir. Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür", - nazirlikdən bildirilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar