Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Alçaqlar və yaramazlar...” – Parlamentin spikerini döyənlər həbs olunub

Baxılıb: 839     Tarix: 10-11-2020 14:15   

Qarabağ məğlubiyyətindən sonra Ermənistanda başlayan iğtişaşlar zamanı vəhşicəsinə döyülən Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın durumu ağır olaraq qalır.
Qanunvehedef.az xəbər verir ki, Nikol Paşinyan növbəti “Feysbuk” müraciətində Mirzoyanı döyənlərin həbs olunduğunu deyib. Bununla yanaşı, həmin şəxsləri “alçaq və yaramaz” adlandıran Paşinyan bildirib ki, bu cinayəti törədənlərin hələ hamısı həbs edilməyib: “Ararat Mirzoyanı döyən şəxslərdən həbs edilənlər var. Əlbəttə ki, onun döyülməsində iştirak edənlərin hamısı həbs olunmayıb. Lakin əsas odur ki, həbslər başlayıb”. Paşinyan deyib ki, hələlik spikeri döyənlərdən yalnız ikisi saxlanılıb. Baş nazir Ermənistanda proseslərin hüquqi məcraya qayıtmasının vacibliyini bildirib.
Onu da xatırladaq ki, ermənilər parlament spikerini avtomobildən düşürərək, öz uşaqlarının gözləri qarşısında vəhşicəsinə döyüblər. Lakin bu millətin xisləti nəzərə alınsa, burada yəqin ki, qeyri-adi heç nə yoxdur...



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar