Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ATƏT bundan sonra Qarabağda nə iş görəcəyini AÇIQLADI

Baxılıb: 780     Tarix: 27-11-2020 10:58   

Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsinin iştirak etdiyi kontekstdə danışıqların əsası əhəmiyyətli dərəcədə dəyişib.
Bundan sonra ATƏT və Şəxsi nümayəndənin öz işini daha səmərəli şəkildə davam etdirməsini ilk növbədə münaqişə tərəfləri ilə müəyyənləşdirmək lazımdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə ATƏT-dən bildiriblər.
Təşkilatdan bildiriblər ki, rusiyalı sülhməramlıların yerləşdirilməsi və atəşkəsə əməl olunması üzrə Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin yaradılması hərbi təhlükəsizliyi təmin edəcək:
"ATƏT təhlükəsizliyin təmin olunması üzrə təşkilat olmaqla atəşkəs rejimi və böhran idarəçiliyindən tammiqyaslı sülh sazişi və münaqişəsonrası bərpa prosesinə keçiddə rol oynaya bilər. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi tərəflərin razılığı, ATƏT sədrliyinin və ATƏT Minsk qrupu həmsədrlərinin rəhbərliyi ilə zərurət təqdirində fəaliyyətini genişləndirməyə hazırdır. ATƏT-in hazırkı sədrinin Şəxsi nümayəndəsi maraqlı tərəflərə öz xidmətlərini təklif etməyə, siyasi razılaşmalardan konkret fəaliyyətə keçiddə kömək etməyə, etimadın möhkəmləndirilməsi üzrə razılaşdırılmış tədbirlərin hazırlanması və reallaşdırılmasını dəstəkləməyə hazırdır".шаблоны для dle 11.2



buy yes2win seo ranking