Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Novruz bayramında Bakı-Şuşa-Bakı avtobus reysləri hər gün olacaq

Baxılıb: 253     Tarix: 11-02-2022 11:49   

Marşrutların təhlili, həmçinin vətəndaşların çoxsaylı müraciətləri və tələbat nəzərə alınaraq mart ayında – Novruz bayramı günlərində Bakı – Şuşa – Bakı istiqamətində avtobus reyslərinin hər gün həyata keçirilməsi qərara alınıb. Biletlər artıq satışa çıxarılıb.
Bu barədə Qanunvehedef.az-a Rabitə və Rəqəmsal İnkişaf Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu günə qədər Şuşa və Ağdama 27 reys uğurla həyata keçirilib. Fevral ayı üzrə bilet satışı artıq yekunlaşmaq üzrədir. Bakı – Şuşa – Bakı və Əhmədbəyli – Şuşa – Əhmədbəyli marşrutlarında isə bütün biletlər alınıb.
Bakı – Şuşa – Bakı istiqamətində fevralın 16-dan həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. İlkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Biletlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müvafiq marşrut proqramı ilə inteqrasiya olunmaqla yaradılan www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada satılır.
Marşrutlar üzrə qiymətləndirilmələr və təhlillər davam etdiriləcək. Tələbata uyğun olaraq müvafiq qərarlar qəbul olunacaq.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar